11 yanvar 2013 15:44
AFFA klublara xəbərdarlıq etdi
AFFA rəsmi saytı vasitəsilə yeni bəyanat yayıb. Azerisport.az xəbər verir ki, məlumatda elita klublarına xəbərdarlıq olunub:
AFFA-nın İcraiyyə Komitəsinin ötən il martın 9-da keçirilən iclasında qəbul olunan qərara əsasən Premyer Liqanın 2012-2013-cü il mövsümündən başlayaraq limit aşağıdakı qaydada tətbiq olunur:
AFFA-nın İcraiyyə Komitəsinin ötən il martın 9-da keçirilən iclasında qəbul olunan qərara əsasən Premyer Liqanın 2012-2013-cü il mövsümündən başlayaraq limit aşağıdakı qaydada tətbiq olunur:
7+3+1 (7 legioner, 3 yerli və 1 nəfər yaşı 21-dək olan yerli futbolçu).
Məlumat üçün bildiririk ki, Topaz Premyer Liqasının 2013-2014-cü il mövsümündə də 21 yaşadək futbolçu 1992-ci il təvəllüdlü və ondan sonrakı illərdə anadan olan oyunçu olmalıdı.
