11 yanvar 2013 16:24
Qarabağ hələ qaçır
“Qarabağ” Antalyada təlim-məşq toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, hazırlığın 2-ci günündə proqramda 2 məşq vardı.
“Qarabağ” üçün günün ilk məşqi üçün yerli vaxtla 11:00-da baş tutub. 90 dəqiqə davam edən çalışmada futbolçular yüngül fiziki yükləmlərin ardından 3 qrupda “kvadrat” oynayıblar. Sonda isə 3 qrupa bölünən futbolçular 20 dəqiqəlik korssla məşqi bitiriblər.
“Qarabağ”ın 2-ci məşqi 17:00-a nəzərdə tutulub.
