11 yanvar 2013 16:42
Arif İsayev Denizlispordakı ilk qolundan danışdı
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Arif İsayev Türkiyənin “Denizlispor” klubunda vurduğu ilk qoldan danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Çox şadam ki, yeni klubumda keçirdiyim ikinci oyunda qol vurmağa nail oldum. Şübhəsiz ki, bu, özümü daha inamlı hiss etməyimə yardımçı olacaq. Bu qol həm də mənə komandaya daha tez uyğunlaşmağıma kömək edəcək. Ümid edirəm ki, yoxlama oyunlarında göstərdiyim oyunu çempionat matçlarında da sərgiləyə biləcəm”.