12 yanvar 2013 18:44

İnter hazırlıqlara start verdi (FOTOREPORTAJ)

Xəbər verdiyimiz kimi, "İnter" hazırda Türkiyədədi. Azerisport.az xəbər verir ki, “bankirlər” fevralın 4-dək burada təlim-məşq toplanışı keçirəcək.
 
Bu gün komanda məşqlərə trenajor zalında çalışmalarla başlayıb. Sonra meydançaya çıxan futbolçular isinmə və fiziki hərəkətləri yerinə  yetiriblər. Komanda axşam məşqi keçirməyi də planlaşdırır.
 
Hazırda toplanışda 26 futbolçu iştirak edir. Bunlar qapıçılar - Georgi Lomaya, Revaz Tevdoradze, Elşən Poladov, müdafiəçilər- Vladimir Levin, Ruslan Əmircanov, Valeri Abramidze, İlia Kandelaki, Arif Daşdəmirov, Brüs Abdullay, Abdulla Abatsiyev, Ruslan Cəfərov, Azər Salahlı, Cəmil Hacıyev, İlqar Ələkbərov, yarımmüdafiəçilər- Nizami Hacıyev, Petar Zlatinov, Fuad Bayramov, İbrahima Niasse, Slavço Georgiyevski, Daniel Genov, Asif Məmmədov, Samir Zərgərov, Mirsahib Abbasov,  hücumçular - Baçana Tsxadadze, Yuri Fomenko və Ramil Mansurovdu.
 
Xatırladaq ki, Tales Şüts ikinci dəfə əməliyyat olunmağa hazırlaşır və buna görə Türkiyə toplanışına gəlməsi sual altındadı. Digər futbolçu  Grorgi Adamiya isə hazırda Almaniyada müayinə olunur və bu səbəbdən də Türkiyə toplanışında iştirak etmir.
 
Əlavə edək ki, hazırlıq planına əsasən komanda toplanış ərzində 6 yoxlama qarşılaşması keçirməyi planlaşdırır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.