12 yanvar 2013 20:34
Rəvandan iki transfer (FOTO)
"Rəvan” 2013-cü ildə ilk transferlərini həyata keçirib. Azerisport.az xəbər verir ki, paytaxt klubu 2 futbolçuyla anlaşıb.
Bunlar Emin Mustafayev və Ramil Həşimzadədi. Hər iki gənc futbolçuyla 1,5 illik müqavilə imzalanıb.
"Qarabağ”dan transfer edilən Emin Mustafayev yarımmüdafiəçidi. Əsasən dayaq yarımmüdafiəçisi mövqeyində oynayan 23 yaşlı futbolçu "Qarabağ”ın yetirməsi sayılır. Ötən il "Sumqayıt”da icarədə əsasında çıxış etmiş Emin həm də U-21-in şərəfini qoruyub.
Ramil Həşimzadə isə "Sumqayıt”dan transfer edilib. Martda 22 yaşı tamam olacaq cinah yarımmüdafiəçisi "Rəvan”a qısa yox, uzun müddətə gəlib.
