12 yanvar 2013 20:49
Qarabağ üçün Antalyada yağış əngəli (FOTOREPORTAJ)
“Qarabağ” Antalyada təlim-məşq toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, hazırlığın 3-cü günündə proqramda 2 məşq var idi.
Amma dünən axşamdan etibarən hava şəraitinin kəskin dəyişməsi “Qarabağ”ın 11:00-a təyin olunmuş məşqinin təyinatının dəyişməsinə səbəb olub. Yağan leysan “Qarabağ”ı fitnes salonuna yollanmağa məcbur edib.
Trenajor zalında 90 dəqiqə çalışan komanda istirahətə çəkilib.
