12 yanvar 2013 21:08
Arif Əsədov: Oyunumuzda daha çox konsentrasiya çatışmır
Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə 19 yaşadək futbolçulardan ibarət Azərbaycan və Yunanıstan yığmaları arasında bu gün keçirilmiş oyundan sonra komandamızın baş məşqçisi Arif Əsədov fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, millimizin 0:1 hesablı yenilgisi ilə bağlı bunları dilə gətirib:
“Bu gün oyunçuların fərdi keyfiyyətləri özünü daha qabarıq şəkildə göstərdi. Oyunumuzda daha çox konsentrasiya çatışmır. Hücum ediriksə, müdafiəni unuduruq və yaxud əksinə. Standart vəziyyətlərdə də daha diqqətli olmalıyıq. Ümumilikdə, turnirin bizə faydası çoxdu. Buradakı oyunlar sayəsində futbolçularımızın nəyə qadir olduqlarını və çatışmayan cəhətlərini müəyyənləşdirə bilirik”.
