12 yanvar 2013 21:10
“Azərbaycanla oyunda bütün mövqelərdə yaxşı oynadıq”
Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə 19 yaşadək futbolçulardan ibarət Azərbaycan və Yunanıstan yığmaları arasında bu gün keçirilmiş oyundan sonra rəqib komandanın baş məşqçisi Teodoros Paxaturidis fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri görüşlə bağlı bunları dilə gətirib:
“Heyətimizdəki bütün futbolçuların oynamasına şərait yaratdıq. Hesab edirəm ki, bütün mövqelərdə yaxşı oynadıq. Etibarlı müdafiə olunaraq, kəsərli hücumlar qura bildik. Qol epizodları yaratmaq baxımından çətinlik çəkmədik. Oyundan-oyuna inkişaf etdiyimiz hiss olunur. Əsas məqsədimiz Avropa çempionatının seçmə oyunlarına yaxşı hazırlaşmaq və orada uğur qazanmaqdır”.
