12 yanvar 2013 21:22
Şahin Diniyevin oğlu ən yaxşı seçildi (FOTO)
Futbol üzrə Azərbaycanın U-19 yığmasının Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnir çərçivəsində keçirilən Yunanıstanla qarşılaşmadakı ən yaxşı futbolçusu müəyyənləşib. Azerisport.az xəbər verir ki, turnirin təşkilatçıları komandamızın heyətində Coşqun Diniyevi fərqləndiriblər.
Qeyd edək ki, Coşqun futbol üzrə Azərbaycanın əsas yığmasının sabiq baş məşçisi Şahin Diniyevin oğludu. Yığmamız bu görüşdə 0:1 hesabıyla məğlub olub.
