13 yanvar 2013 00:04
Rəvanın yeni transferi: Arzum əsas millidi
“Rəvan”ın yeni transferi Emin Mustafayev bu kluba keçidini dəyərləndirib. Azerisport.az xəbər verir ki, o, klubun rəsmi saytına açıqlamasında bunları dilə gətirib:
"Qarabağ”da oyun praktikası sarıdan əziyyət çəkirdim. Daim oynamaq istədiyimdən dəyişikliyə ehtiyac gördüm. Mənimlə 3-4 klub maraqlanırdı. Amma "Rəvan”a üstünlük verdim. Çünki klubun oyun tərzi çox xoşuma gəlir. Hətta "Rəvan”ı İspaniyanın "Osasuna” futbol klubuna da bənzədərdim. Daimi oyun təcrübəsi qazanmaqla əsas milliyə də dəvət alacağıma ümid edirəm. Aşağı yaş qruplarından ibarət komandaların demək olar hamısında oynamışam. İndi də arzum əsas millidi. Məhz "Rəvan”dakı çıxışımla buna nail olmaq istəyirəm”.
