13 yanvar 2013 00:15
“Bu komandanın heyətində özümü göstərib daha böyük məqsədlərimə çatmaq istəyirəm”
“Rəvan”ın yeni transferi Ramil Həşimzadə paytaxt klubuna transferindən danışıb. Azerisport.az xəbər verir ki, o, klubun rəsmi saytına açıqlamasında bunları söyləyib:
"Qarşıma konkret hədəf qoyan insanam. Bu üzdən konkret təkliflə müraciət edib, konkret layihədən danışan "Rəvan” rəhbərliyinin təklifini müsbət dəyərləndirdim. Komandanın heyətində özümü göstərib daha böyük məqsədlərimə çatmaq istəyirəm. Məsələn, əsas millidə forma geymeyi çox arzulayıram. "Rəvan”da məni ciddi rəqabətin gözlədiyini bilirəm. Ancaq bu məni çəkindirmir. Əksinə, üzərimdə daha səylə çalışıb daha artığına nail olmaq istəyirəm. Kluba qısa müddətə oynamaq üçün yox, uzunmüddətli perspektiv naminə gəlmişəm”.