12 yanvar 2013 11:34

“Neftçi ilə çempionatımızda yalnız İnter bacara bilər”

“Kəpəz”in sabiq baş məşqçisi Mehman Allahverdiyev azerisport.az saytına müsahibəsində Azərbaycan klublarının ümumi durumundan, keçmoş komandasından, eləcə də Premyer Liqadan danışıb.
 
- Sizcə, bu qış klublarımızdan hansıların güclənməyə daha çox ehtiyacı var?
- Mənə elə gəlir ki, “İnter”, “Simurq”, “Qarabağ” və “Neftçi” artıq ilk altılıqdakı yerini təmin edib. Ona görə də indiki zamanda daha çox AZAL, “Bakı” və “Qəbələ”nin güclənməyə ehtiyacı var. Məhz bu üç komanda qalan iki vəsiqə uğrunda mübarizə aparacaq. Fevralda hər şey fərqli də alına bilər. Hər şeydən də klubların necə güclənməsindən asılı olacaq. Fikrimcə, “Sumqayıt” və “Turan” da ilk altılığa iddia edə bilər. Şansları az olsa da, var. Həm də onlar üçün bu, çox çətin olacaq.
 
- Bəs digər klublar?
- “Qarabağ”, “İnter” və “Simurq”da vuran ayaq problemi var. Bunu xüsusilə ilk iki kluba aid edərdim. Amma hücum xətti ilə yanaşı müdafiəni də gücləndirmək lazımdı. Baxmayaraq ki, “İnter”də bu xətt ölkənin ən yaxşılarındandı. “Simurq”a da mövsümün qalan hissəsində normal çıxış etmək üçün güclənmək lazımdı. Bizim Premyer Liqada əsas problem qolla bağlıdı. Favoritlər son dövrlərdə çox az qollar vururlar. Yəqin ki, əksər klublar məhz hücumu gücləndirəcəklər.
 
- “Neftçi”nin güclənməsinə ehtiyac var?
- Bu, çempionatın ən sabit komandasıdı. Onlar güclənməmiş də çempion ola bilərlər. “Neftçi”nin heyətində Flavinyo kimi futbolçu var. Çempionatın bombaridi Nikolas Kanales olsa da, braziliyalı futbolçunun çıxışı mənim daha çox xoşuma gəlir. Onu çempionatımızın ən yaxşısı hesab edirəm. Dediyim kimi, “Neftçi” çempion ola bilər. Amma avrokuboklar öncəsi nə olacağını indidən deyə bilmərəm.

 
- Amma avrokuboklara bütün klublarımızın indidən hazırlaşması daha vacibdi. Elə deyilmi?
- Avrokuboklara görə “Neftçi” bir-iki futbolçu ilə müqavilə bağlaya bilər. Lakin yenə də deyirəm ki, onlar çempionatı bu heyətlə də qalib bitirə bilərlər.
 
- Sizcə, bu komandanı heç kim dayandıra bilməz?
- “Neftçi” ilə çempionatımızda yalnız “İnter” bacara bilər. “Bankirlər” sanki onlara qarşı necə oynamaq lazım olduğunu bilirlər. Ona görə də flaqmana bu komandaya qarşı oynamaq həmişə çətin olur. Məhz bu iki komanda arasındakı oyunlar çox şeyə aydınlıq gətirəcək. “İnter”in heyəti çox güclü olmasa da, onlar çempionluğa oynaya bilərlər. Güclənmələrinə də ehtiyac var.
 
- “Bakı”nın hazırkı durumu barədə nə deyə bilərsiz?
- Bu komanda adətən qış fasiləsindən sonra özünə gəlir. Hafiz Məmmədov bu komanda üçün hər şeyi etsə də, onlar ildən-ilə sanki zəifləyirlər. Komandada nə baş verdiyini bilmirəm. Amma onların özlərini göstərə bilmədiyi göz önündədi. Futbolçular meydanda tam güclərini qoymurlar. Yəqin ki, Bojidar Bandoviç fevrala kimi bu problemi aradan qaldıracaq.
 
- Keçmiş komandanız “Kəpəz” demək olar ki, bütün legionerlərindən imtina etdi...
- Bu barədə mətbuatdan oxudum. Mən orda çalışanda da belə bir təklif var idi. Amma mən bundan imtina etdim. Heyətdə yerli futbolçular olsa da, onların təcrübəsi az idi. Bu, o deməkdi ki, “Kəpəz” hər oyuna 4-5 qol buraxacaq. Elə isə buna görə azarkeşlərə kim cavab verəcək? Özü də həmin məğlubiyyət Gəncədə baş versə. Mən komandanın sponsorlarına müraciət edirəm: qoy onlar komandanı gücləndirsinlər. Gəncədə həmişə futbol olub. Komandadan bu şəkildə imtina etmək olmaz.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.