12 yanvar 2013 12:15
Cavid Hüseynov üçün balıq qonaqlığı (FOTO)
Türkiyənin “Adana Demirspor” klubuna Antalya toplanışı çərçivəsində ziyafət verilib. Azerisport.az xəbər verir ki, bunu Antalyada yaşayan adanalı iş adamları həyata keçiriblər.
Onlar futbolçular üçün balıq qonaqlığı təşkil ediblər. İş adamları komandaya uğurlar arzulayıblar, onlardan bu mövsüm yaxşı nəticələr gözlədiklərini bildiriblər.
Qeyd edək ki, “Adana Demirspor”da futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Cavid Hüseynov da çıxış edir.
