13 yanvar 2013 00:57

Qarabağın beş futbolçusu Türkiyədə fərqləndi

Xəbər verdiyimiz kimi, “Qarabağ”ın təlim-məşq toplanışının ilk günündə futbolçular test vermişdilər. Azerisport.az xəbər verir ki, qardaş ölkədən olan 6 nəfərlik qrup futbolçulardan laktat testi götürmüşdü.
 
Aksaray Universitetindən gəlmiş qrupa (İbrahim Şahin, Rıfat Demir, Hüseyn Özkampçı, Haluk Süel, Saim Keskin) həmin ali təhsil ocağının idman bölümünə rəhbərlik edən Emin Süel başçılıq edirdi. O, Ağdam klubunun rəsmi saytına müsahibə verib:
 
- Artıq 16 ildir bu sahənin içindəyəm. Özüm ixtisas etibariylə futbolçu olmasam da, etiraf etmək lazımdı ki, bu gün idman dedikdə, futbolla daha çox səsləşir. Getdikcə, hər şey dəyişir. Eynilə bu baxımdan da dəyişikliklər göz qabağındadı. 10 il bundan öncə futbolçuya tətbiq edilənlərin bu gün doğru olmadığı aydınlaşır. Futbolun tərəqqi xəttini və bu oyunda böyük pulların dolandığını nəzərə alsaq, inkişaf burda özünü daha fərqli göstərir.
 
- Futbolun bir elmə çevrilməsinin müsbət tərəflərini qeyd edirsiz...
- Təbii ki, bunu artıq hamı qəbul edir. Amma elmləşmə böyük maliyyə tələb edir. Demək olar ki, artıq futbol nəhəngləri bundan qaçmır. Amma qeyd etdiyim kimi, zamanın nəbzini tutmaq lazımdı. Daim bütün yeniliklərə açıq olmaq lazımdı.
 
- Laktat testi böyük səs yaratsa da, ona yanaşma birmənalı deyil...
- Bu, özünüz də qeyd etdiyiniz kimi yanaşma ilə bağlıdı. Sadə vətəndaşlar və ya futbolçular üçün  aerobik və ya aneorobik terminlər o qədər də maraqlı deyil. Onları daha çox görüntü maraqlandırır. Hər şey kimi laktat sistemi də təkmilləşir və hər gün yeni meyarlar öyrənilir. Amma 20 il bundan öncə belə analizlərin əldə edilməsi yuxu kimi görünürdü. Gördüyünüz kimi, biz peşəkar heyətlə çalışırıq. Qrupumuzdakıların hamısı elm adamlarıdı. Və öz işlərini ən yaxşı şəkildə yerinə yetirməyə çalışırlar
 
- Hansı klublarda bu sistemi sınaqdan keçirmisiz?
- Bu saəhədə ‘Beşiktaş‘dakı təcrübələrimiz daha faydalı oldu. Fərqli qurumlarla elmi araşdırmalarımız daim olur.
 
- Gələk “Qarabağ”a. Testdəki nəticələr sizi razı saldımı?
- Buna bir neçə aspektdən baxmaq olar. Komanda futbolçuları axırıncı dəfə dekabrın 20-də meydana çıxıblar. Hardasa 20 gün özü də bayramdan sonra, təbii ki, fərq öz sözünü deyəcək. Amma ümumi götürdükdə qənaət bəxş saymaq olar.
 
- Türkiyədəki göstəricilərdən çoxmu fərq var?
- Müəyyən fərq var. Amma dediyim kimi, burda daha çox yaranmış fasilənin rolu var.
 
- Kimlərin göstəricilərini məqbul saymaq olar?
- Bir neçə futbolçunun adı çəkə bilərəm: Ansi Aqolli, Vaqif Cavadov, Bədavi Hüseynov, Maksim Medvedev, Qara Qarayev...
 
- Adlarını çəkdiyiniz futbolçular gənclərdi...
- Təbii ki, gənclik  öz sözünü deyəcək. Çempionatınızda 21 yaşlı futbolçunun oynatma qaydası yaxşı amildir. Gələcəkdə mütləq bunun faydasını görəcəksiniz.
 
- Bu testlərdən sonrakı mərhələ maraq doğurur
- 10  gün sonra yenidən daha bir test götürəcəyik. Amma bu heç də futbolçuların  fiziki göstəricilərini ölçmək deyil, qida rasyonunun təsiri və məşq sonrakı yenilənmə proseduru ilə əlaqədar olacaq.
 
- “Qarabağ” Futbol Klubu sizdə hansı təəssürat yaratdı?
- Öncə onu qeyd edim ki, hazırki məqamda Universitetlərdə işin ən gərgin məqamlarıdı. Tələbələrin imtahanları, yeni il proqramlarının tətbiqinə baxmayaraq “Qarabağ”ın bu xahişini sevə-sevə qəbul etdik. Siz  göstəricilərdən danışırsız. Amma bizim diqqətimizi ən çox cəlb edən bu komandada olan mehribançılıq və kollektivçilik oldu. Çox  komandalar görmüşük. Amma burda həqiqətən ortam tam fərqlidi. Burda rəhbərliyin düzgün kadr sistemi və əla kollektiv qurmasının böyük rolu olub. Əslim Azərbaycandandı. 300-400 il bundan öncə ulu babam Qubadan Niğdeyə köç edib. İndi ulu vətənimdən bir komandayla tanış olmaq çox xoşdu. Azərbaycanı görməsəm də, artıq “Qarabağ”ın timsalında tarixi köklərimə daha da isindim (gülür).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.