13 yanvar 2013 01:14
Kəpəz daha iki futbolçusunu transferə çıxardı
"Kəpəz" iki futbolçusunu transferə çıxarıb. Azeirsport.az xəbər verir ki, komandanın rusiyalı üzvü Nikolay Svejentsev və makedoniyalı Bujamin Asani üçün klubumuz gələcək təklifləri dəyərləndirməyə hazırdı.
Bu barədə klubun rəsmi saytına açıqlamasında "Kəpəz"in mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimov xəbər verib. Onun sözlərinə əsasən, klub rəhbərliyinin bu futbolçulara görə digər komandalarla danışıq aparmağa qapısı açıqdı.
