13 yanvar 2013 01:25

Bojidar Bandoviç: Biz artıq gecikirik

“Bakı”nın baş məşqçisi Bojidar Bandoviç klubun internet televiziyasına müsahibə verib. Azerisport.az xəbər verir ki, serbiyalı mütəxəssis komandanın planları, təlim-məşq toplanışı və hədəfləri barədə danışıb.
 
"Zənnimcə, oyunların əksəriyyətini yaxşı keçirmişik. Unutmayaq ki, həmin oyunları hücumçusuz oynadıq və bu da bizim üçün problem yaratdı. Xüsusilə son matçlarda güclü rəqiblərə qarşı yaxşı oynadıq. Ya udurduq, ya da kı heç-heçə oynayırdıq. Buraxdığımız 13 qoldan beşi penaltidən idi. Fikrimcə, onların 3-4-ü səhv qərar idi.
 
Mən yayda komandaya qələndə bir neçə problemlə üzləşdim. Etiraf edirəm ki, turnir cədvəlində məskunlaşdığıımız yer ürəyimizcə deyil. Biz daha yüksək yerə layiqik.
 
Yeni ildən sonra 3-4 gündür ki, bir yerə yığışmışıq. Futbolçuları bəzi testlərdən keçirmişik ki, onların hansı vəziyyətdə olduğunu bilək. Bu nəticələrə əsasən, fiziki formalarını bərpa edəcəyik. Çalışacağıq ki, çempionatın ilk oyununa onları lazımlı şəkildə hazırlaşdıraq.
 
Transferlərə gəldikdə, onu demək istəyirəm ki, biz artıq gecikirik. Bu amil məni narahat etməyə bilməz. Bəzi oyunçular gedəcək və biz onların yerinə yeni oyunçu axtarmalıyıq ki onlar gələcəkdə bizə faydalı olsun.
 
Antalyada iki həftəlik təlim keçirəcəyik. Çempionatın başlanmasına təxminən 5 həftə qalır. Bazar ertəsi Antalayaya yolə düşürük və orada 3 yoxlama oyunu keçirəcəyik.
 
Oyunlar zamanı çalışacağık ki, optimal heyət formalaşdıraq. Zəif nöqtələri tapıb onların üzərində çalışacağıq".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.