12 yanvar 2013 13:18

“Serbiyada hər kəs məndən Neftçi haqqında soruşurdu”

“Neftçi” Antalya hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, bu gün yerli vaxtla saat 11:00-da komanda səhər məşqinə çıxıb.
 
Məşqdən əvvəl qapıçı Saşa Stamenkoviç klubun rəsmi saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
 
- Sıx oyun qrafiki olan mövsümün ilk yarısı arxada qaldı. İstirahət müddətində necə dincəldin?
- Biz mövsümün ilk yarısı 3 cəbhədə mübarizə aparırdıq. Bu səbəbdən də komandada yorunluq hiss olunurdu. Amma yaranmış fasilədə yaxşı istirahət etdik. Bu müddətdə Serbiyada ailəmlə birlikdə idim. Yeni ili də orda qeyd etdik.
 
- Avropa Liqasında “Neftçi” “Partizan”la iki dəfə üz-üzə gəldi və hər iki oyunda heç-heçə qeydə alındı.  Bu oyunlardan sonra Serbiyada “Neftçi” barədə hansı fikirlər formalaşıb?
- Avropa Liqasının qrup mərhələsinə adladıqdan sonra bizi daha çox tanımağa başlayıblar. Serbiyada futbola marağı olan hər kəs məndən “Neftçi” haqqında soruşurdu. Belə bir uğur qazanmağımız onları yaxşı mənada təəccübləndirmişdi. Bizim “Partizan”la oyunlarımızı izləyən hər kəs “Neftçi”nin səviyyəsinə şahid oldu. Fikrimcə “Neftçi” təkcə Serbiyada yox Avropanın bir çox ölkələrində özündən söz etdirdi.
 
- Hazırlıq dövrü barədə nə deyə bilərsən?
- Ötən mövsüm də hazırlığımızı Antalyada keçirmişdik. Burada klub rəhbərliyi tərəfindən bizim üçün hər bir şərait yaradılıb. Hazırlığın ilk mərhələsində fiziki keyfiyyətlərimizi yaxşılaşdırmağa çalışacağıq. Qarşıda bir neçə yoxlama oyunu da keçirəcəyik. Düşünürəm ki, hazırlıq dövrü bitənə kimi komandamız bundan da güclü səviyyəyə gələcək. Biz ardıcıl 3-cü çempionluğumuzu qazanmaq və Avropadakı uğurumuzun davamını gətirmək istəyirik. Ölkə kubokunu da unutmaq olmaz. Bütün cəbhələrdə maksimum nəticələrə nail olmalıyıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.