13 yanvar 2013 18:55
Xəzər Lənkəran Uğur Pamuka qadağa qoyub
Futbol üzrə Azərbaycan yığmasının və “Sumqayıt”ın yarımmüdafiəçisi Uğur Pamuk “Xəzər Lənkəran”a keçir. Azerisport.az xəbər verir ki, tərəflər artıq prinsipial razılığa gəliblər.
Tezliklə bu keçidin tam rəsmiləşməsi gözlənilir. Uğur Pamuk saytımıza açıqlamasında özü də “Xəzər Lənkəran”a keçməsinin istisna olmadığını etiraf edib. Amma yığmamızın üzvü bildirib ki, “Xəzər Lənkəran” bu transferlə bağlı ona mətbuata açıqlama verməyi qadağan edib.
