13 yanvar 2013 21:47
Qarabağın Antalya toplanışına davam (FOTOREPORTAJ)
“Qarabağ” Antalyada təlim-məşq toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, dünən Aralıq dəniz sahilllərində sözün əsl mənasında tufan olsa da, bu gün 20 dərəcəlik hərarət əsl futbol havası yaratmışdı.
“Qarabağ” məşqə 11:00-da çıxıb. Bütün futbolçuların iştirak etdiyi çalışmada baş məşqçi Qurban Qurbanov öncə qısa nitq edərək getdikcə artan tempə ayaqlaşmalı olduqlarını bildirdi. Yüngül qaçışın ardından ənənəvi “kvadrat”dan yararlanan komanda ardınca meydanboyu maneələr üzərində toplu çalışmalar yerinə yetirdi. Ən sonda isə 2 toxunuşlu, 2 hissəli futbol baş tutdu. 15 dəqiqəlik qaçışla günə yekun vuruldu. Belə ki, Qurban Qurbanov futbolçuları günün 2-ci məşqindən azad etdi.
