13 yanvar 2013 21:58
“Üzərində çalışmalı olduğumuz bir çox məsələlər var”
Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə 19 yaşadək futbolçulardan ibarət Azərbaycan və Belarus yığmaları arasında bu gün keçirilmiş oyundan sonra komandamızın baş məşqçisi Arif Əsədov fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, millimizin çalışdırıcısı penaltilərlə uduzduqları görüşü belə şərh edib:
“Digər qarşılaşmalarla müqayisədə bu gün fərqli sistemlə oynamaq qərarına gəldik. Əvvəlcə bir qədər inamsızlıq oldu, lakin sonradan oyuna nəzarət tamamilə bizim tərəfimizdə idi. Qol şansımızdan istifadə etdik. Amma sona yaxın konsentrasiyanı itirdiyimiz üçün hesab bərabərləşdi. Son dəqiqələrdə buraxdığımız qol oyunun əsas məqamı oldu. Penalti seriyası isə lotereyadır.
Ümumilikdə, komandamdan razıyam. Ancaq təbii ki, üzərində çalışmalı olduğumuz bir çox məsələlər var”.
