13 yanvar 2013 22:16
Xəzər Lənkəran Antaliyaya çatdı
Bu gün səhər tezdən yola çıxan "Xəzər Lənkəran" iki təyyarə dəyişərək Türkiyənin Antaliya şəhərinə çatıb. Azerisport.az xəbər verir ki, İstanbul hava limanında komandaya rumın legionerlər - Adrian Pit və Manuel Skarlatake də qoşulub.
Antaliyada "Xəzər Lənkəran"ın məskunlaşdığı Ela Quality Resort otelində isə heyəti zədədən sonra bərpa olunan braziliyalı müfafiəçi Eder Bonfim və yeni transfer Gökhan Güleç qarşılayıb. Günorta saatlarında baş məşqçi Karles Martorell, onun köməkçisi Erik Kapilla və yunan futbolçu Dimitrios Sialmas da otelə daxil olublar. Günün sonunacan komandanın digər legionerlərinin gəlişi, heyətin tam tərkibdə toplaşacağı və sabah ilk məşqini keçirəcəyi gözlənilir.
