13 yanvar 2013 11:24

Nizami Hacıyev: İnter Polşa klublarından pul tələb etməklə düz etdi

Futbol üzrə Azərbaycan yığmasının və “İnter”in yarımmüdafiəçisi Nizami Hacıyev azerisport.az saytına müsahibəsində bu qış adının hallandığı Polşa klublarına keçidinin alınmamasından danışıb.
 
- Polşa klublarına keçidinizin alınmamasına təəssüflənmirsiz ki?
- Artıq olan olubdu. Keçmiş barədə danışmağı sevmirəm. Mənim “Poqon” və “Korona”ya keçmək variantım var idi. Onlar mənə müqavilə təklif edirdilər. Amma “İnter” buraxmadı. İndi bircə onu düşünürəm ki, komandamla mövsümü mümkün qədər uğurlu başa vurum.
 
- Siz “İnter”in sizə görə transfer haqqı tələb edəcəyini gözləmirdiz?
- Əvvəllər mənə demişdilər ki, “İnter” gedişimdə maraqlıdı. Yəni hansısa xarici kluba keçsəm, bu, paytaxt klubu üçün müsbət məqam sayılacaqdı. Amma Polşa klubları ilə danışıqlar apararkən belə problem yarandı. “Poqon” da onların tələb etdiyi pulu ödəməkdən imtina etdi.
 
- Sizcə, “İnter” düzgün addım atdı?
- Onların mənə görə pul tələb etmək haqqı var. Amma bunu simvolik bir rəqəmlə məhdudlaşdıra bilərdilər. Hansı ki, vaxtilə “Xəzər Lənkəran”a keçərkən belə bir addım atmışdılar. Digər tərəfdən polyaklar da qəti şəkildə mənə görə pul ödəmək istəmirdilər. “İnter” pul tələb etməklə düzgün addım atdı. Polşalıların mənimlə maraqlanmasında elə “İnter”in öz rolu böyükdü.
 
- İndi yenidən Azərbaycan çempionatına köklənmək çətin olmayacaq ki?
- Əksinə, daha yaxşı oynamaq üçün əvvəlkindən də artıq motivasiyam olacaq. Qarşıda çətin oyunlarımız var. Mənim “İnter”in heyətində Azərbaycan çempionu olmaq istəyim var. Ondan sonra klubumu dəyişmək haqda düşünə bilərəm. Bəzi variantlar var.
 
- Bəs polşalıların sizə təqdim etdiyi müqavilələr qaneedici idi?
- Maliyyə cəhətdən uduzurdum. Çünki onlar “İnter”in ödədiyindən az verəcəkdilər. Amma mən ora pul qazanmağa getmirdim. Mən özümü Polşa çempionatında göstərmək istəyirdim. Bu, həm yığmaya tez-tez çağırılmağıma imkan verə bilərdi. Ola bilər ki, öz arzumu yayda gerçəkləşdirə bildim.

 
- “İnter”lə müqavilənizin müddəti də elə həmin vaxt bitir...
- Bəli. Ondan sonra istənilən kluba problemsiz keçə bilərəm. Amma hazırda yalnız “İnter”in uğurları haqda düşünürəm. Polşada dedilər ki, mənim çıxışımı diqqətdə saxlayacaqlar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.