14 yanvar 2013 00:53

"Litvalılar Azərbaycana getməkdənsə, Avropaya üz tutsalar, daha yaxşı olar”

Futbol üzrə Litva yığmasının baş məşqçisi Çobo Laslo yetirmələrindən bəzilərinin klubsuz qalmasına münasibət bildirərkən onların Azərbaycana getməsini arzulamadığını dilə gətirib. Azerisport.az xəbər verir ki, o, ölkə mətbuatına müsahibəsində öncə bunları söyləyib:

“Hazırda mən intizarla Tadas Labukas və Artur Rimkyaviçyusdan xəbər gözləyirəm. Arturun Şotlandiya “Harts”ı ilə müqavilə bağlaya bilməməsinə çox təəssüfləndim. Yığmanın baş məşqçisi kimi, mənim üçün bütün yetirmələrimin daimi iş yerlərinin olması, öz klublarında mütəmadi oyun keçirməsi çox vacibdi”.
 
“Onların Azərbaycan və ya Qazaxıstan kimi ölkələrə getməsinə sevinərsizmi” sualına Laslo belə cavab verib:

“Hamıya yaxşı məlumdu ki, bu ölkələrdə yaxşı pul qazanmaq olar. Bəli, futbolun səviyyəsi də pis deyil. Amma şəxsən mən litvalı oyunçuları Avropada görmək istəyirəm. Belə olan halda həm onları izləmək asan olar, həm də yığmanın prestiji qalxar. Bununla Azərbaycanda və ya Qazaxıstanda çıxış edən futbolçulara heç nə demək istəmirəm. Sadəcə, mən istəyirəm ki, bütün yetirmələrim öz çıxışlarını yaxşılaşdırsınlar”.
 
Litva millisinin çalışdırıcısı onu da bildirib ki, AZAL-da çıxış edən Andryus Veliçka Azərbaycana gələndən sonra pis oynamağa başlayıb: “Mən sizə adi bir misal da göstərə bilərəm. Veliçka ötən mövsüm “Ekranas”da çıxış edirdi. Onu həqiqətən də bəyənirdim, Rusiya və Belarusla görüşlərdə özünü çox yaxşı tərəfdən göstərmişdi. O, yığmanın əsl lideri idi. Amma Azərbaycana getməsi ilə hər şey qurtardı. Yeni klubunda yalnız sonradan meydana çıxır və fərqlənmir. Ən pisi də odu ki, bu, onun yığmadakı çıxışına da təsirsiz ötüşmür”.

Sonda bir məqamı da qeyd edək ki, Laslo deyəsən, Veliçkanın 33 yaşının olmasını unudub. O, heç Azərbaycan Premyer Liqasının Litva çempionatında xeyli öndə olmasından da xəbərsizdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.