13 yanvar 2013 13:25
Bruno Bertuççi İngiltərə klublarının hədəfində
"Neftçi"nin müdafiəçisi Bruno Bertuççi İngiltərə klublarının maraq dairəsinə düşüb. Azerisport.az xəbər verir ki, xüsusilə “Aston Villa” sözügedən futbolçunu heyətinə qatmaq üçün fəalliyətə keçib.
Qeyd edək ki, Bertuççi “Neftçi”yə yayda gəlib. Lakin o, qısa müddət ərzində komandanın ən aparıcı futbolçularından birinə çevrildi. Sol cinah müdafiəçisi xüsusilə Avropa Liqasındakı çıxışı ilə özündən söz etdirməyi bacardı. Elə Premyer Liqa oyunlarında da braziliyalı müdafiəçi “ağ-qaralar”ın ən üzdə olan fiqurlarından biridi.
Maraq üçün bildirək ki, İngiltərə klubları Bertiççi ilə hələ ötən ilin əvvəlində də maraqlanırmış. Lakin o vaxt futbolçu iş yerini dəyişmək istəməyib. Daha sonra isə “Neftçi”dən gələn sərfəli təklifi müsbət cavablayıb. İndi onun Azərbaycan klubu ilə yollarını ayırıb-ayırmayacağı dəqiq bilinmir.
