14 yanvar 2013 02:09
AZAL Antalyada Finlandiya, Çin və Rumıniya klubları ilə qarşılaşacaq
AZAL Türkiyədə həyata keçirəcəyi təlim-məşq toplanışı üçün bütün planlarını müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, paytaxt klubu Antalyaya yanvarın 17-də yollanacaq.
Qardaş ölkədəki hazırlıq prosesi zamanı Vaqif Sadıqov yetirmələrini beş yoxlama matçında sınayacaq. Hələlik “təyyarəçilər”in üç rəqibi məlumdu. Bunlar Çinin “Dalyan” (22 yanvar), Finlandiyanın “Mariehamn” (29 yanvar) və Rumıniyanın “Panduri” (1 fevral) klublarıdı.
Ukraynanın “Volın” klubu ilə də görüş baş tuta bilər. Amma yanvarın 19-na nəzərdə tutulan həmin qarşılaşma ilə bağlı tam razılıq əldə olunmayıb. Daha bir sınaq görüşü isə yanvarın 26-da baş tutmalıdı. Həmin görüşdə rəqibin kimliyi bundan sonra bilinəcək.
