14 yanvar 2013 02:20
Xəzər Lənkəranla Sumqayıt Uğur Pamukun keçidi ilə bağlı razılığa gəldi
“Xəzər Lənkəran”la “Sumqayıt” Uğur Pamukun transferi ilə bağlı razılığa gəliblər. Azerisport.az xəbər verir ki, futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi bundan sonra karyerasını cənub klubunda davam etdirəcək.
23 yaşlı futbolçunun “Xəzər Lənkəran”a keçəcəyini “Sumqayıt”ın mətbuat xidmətindən də təsdiqləyiblər. Pamukun yaxın günlərdə Türkiyəyə yola düşməsi və yeni klubunun toplanışına qatılması gözlənilir.
