13 yanvar 2013 14:56
Bakı ilk transferini rəsmiləşdirdi (FOTO)
"Bakı" qış transfer pəncərəsində ilk trensferini gerçəkləşdirirb. Azerisport.az xəbər verir ki, təcrübəli müdafiəçi Aqil Nəbiyevlə 1,5 illik müqavilə imzalanıb. Artıq paytaxt klubu barədə rəsmi açıqlama da yayıb.
Aqil Nəbiyev 16 iyun 1982-ci il tarixdə Tovuz şəhərində (Azərbaycan) anadan olub. Ampluası müdafiəçidir. Premyer Liqada yer alan müxtəlif klubların heyətində çıxış edən Aqil eyni zamanda da Azərbaycan milli komandasının heyətinə cəlb edilən futbolçulardan biridir.
Aqil Nəbiyev peşəkar futbol karyerasına doğma şəhərində başlayıb. Boyu 187 sm, çəkisi 80 kq-dı. 30 yaşlı müdafiəçi 1999-2006-cı illərdə "Turan"nın idman şərəfini qoruyub. Nəbiyev Tovuz klubunun heyətində 145 oyun keçirib.
2006-cı ildə AZAl-a transfer olunan futbolçu son mövsümədək bu klubun formasını daşıyıb. AZAL-ın heyətində 100-dən artıq oyun keçirən Aqil Nəbiyev arada "Neftçi"nin sıralarına da dəvət olunub və bu klubda oynayıb.
Aqil Nəbiyev Azərbaycan milli komandasının heyətində 8 oyun keçirib. Milli formada son oyunu 16 oktybar 2012-ci il tarixdə Rusiya ilə qarşılaşmaya (0:1) təsadüf edir.
2013-cü ilin yanvar ayından etibarən "Bakı"ya transfer olunub və 2014-cü ilin iyun ayına qədər bu klubun uğurları üçün çalışacaq.
