13 yanvar 2013 15:44
İspaniya klubunun oyunçusu Azərbaycandan təklif alıb
İspaniyanın “Xerez” klubunun müdafiəçisi Alvaro Silva Azərbaycandan təklif alıb. Azerisport.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Amma onunla konkret hansı klubumuzun maraqlandığı qeyd olunmur.
Qeyd edək ki, bu futbolçu ötən ili icarə əsasında Rumıniyanın “Petrolul” klubunda keçirib. “Xerez”lə müqaviləsinin müddəti iyunun 30-da başa çatacaq Alvaronun Azərbaycan klubuna keçmək şansları yüksək qiymətləndirilir. Çünki onun İspaniya klubu ilə elə qışda yollarını ayıracağı bildirilir.
