14 yanvar 2013 17:35
Ufuk Budaq Eskişehirspordan ayrıldı
Futbol üzrə Azərbaycan yığmasının futbolçusu Ufuk Budaq Türkiyənin “Eskişehirspor” klubunun düşərgəsini tərk edib. Azerisport.az xəbər verir ki, o, yenidən Almaniyaya qayıdıb.
Buna onun yenidən müayinədən keçməsi səbəb göstərilir. Qeyd edək ki, yığmamızın üzvü artıq 3 aydan çoxdu ki, yaşıl meydanlardan kənarda qalıb.
