14 yanvar 2013 18:24

Azərbaycan yığması çətin sınaq qarşısında

Dünya reytinqində 16-cı yeri tutan ölkəmizin qadın otüstü hokkeyçilərdən ibarət milli komandası yanvarın 21-dən 27-dək Cənubi Afrika Respublikasının Keyptaun şəhərində Dünya Hokkey Liqası turnirinin II raundunda mübarizəyə qoşulacaq. Azerisport.az xəbər verir ki, hokkeyçilərimiz bu məsul yarışa hazırlığı ötən ilin son aylarından başlayıb və sabah kişilərdən ibarət "Atasport" klubu ilə axırıncı yoxlama oyununda qüvvəsinin sınamaqla Bakıda 2 həftəlik təlim-məşq toplanışını başa vuracaqlar.
 
Yığmamız yanvarın 16-da CAR səfərinə çıxacaq və 5 gün yerli mühütə uyğunluq keçəndən sonra - ayın 21-də start görüşünü Qana hokkeyçilərinə qarşı keçirəcək. Ertəsi gün milli komandamızın rəqibi Avstriya təmsilçiləri olacaq. Yanvarın 23-də istirahət edən yarış iştirakçıları 1 gün sonra 3-cü turun oyunlarında qarşılaşacaqlar. Həmin gün həmyerlilərimiz Litva hokkeyçiləri ilə görüşəcəklər.
 
IV tur ərəfəsində komandalar daha 1 gün istirahət edəcəklər. Yanvarın 26-da millimiz yarış sahibi - CAR yığması ilə mübarizə aparacaq. Turnirin sonuncu günü isə rəqibimiz Belçika idmançıları olacaq.
 
Dairəvi sistemlə keçirilən yarışın yekununda ilk 2 yeri tutan komanda Dünya Hokkey Liqası turnirinin III raunduna vəsiqə qazanacaq. Xatırladaq ki, məşqçilər heyəti bu dəfə milli komandaya Koreyadan oyunçu dəvət etmədən yerli gənc hokkeyçiləri sınaqdan keçirib və onlardan bəziləri əsas heyətə daxil ediliblər.
 
Qarşıdakı məsul yarışa komandamız bu heyətdə yola düşəcək: Qapıçılar - Viktoriya Şahbazova və Seda Xeyirova; müdafiəçilər - Çequrko Lyüdmila, Makkayeva Feruza, Nuriyeva Səadət, Əliyeva Xatirə, Levçenko Yevgeniya, Əlivəliyeva Tamilla və Kiyaniçenko Tatyana; yarımmüdafiəçilər - Nuriyeva Liana, Lebedyuk Zoya, Həsənova Amaliya, Çervyatsova Katerina və Müzəffərova Əminə; hücumçular - Muradi Yuliya, Drujinina Lyubov və Fəridə Məmmədova.
 
Yığmamızı Dünya Hokkey Liqasının II raundundakı yarışa baş məşqçi Adil Paşayev, məşqçilər Əli Zahid və Ceyhun Mirzəyev hazırlayıblar. Azərbaycanlı hakim Səadət Zəkiyeva da oyunları idarə etmək üçün yanvarın 16-da səfərə çıxacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.