14 yanvar 2013 18:36
Neftçi və İnter sülh bağladı
"Şəfa" stadionunda təlim-məşq toplanışına start verən "İnter"in əvəzedici komandası dünən ilk yoxlama görüşündə qüvvəsini sınayıb. Azerisport.az xəbər verir ki, "Neftçi"nin U-17 komandası ilə üz-üzə gələn "İnter" rəqiblə heç-heçə edib - 1:1.
Komandanın heyətində Bilal Qəmbərov fərqlənib. Qeyd edək ki, bu oyuna komandanın baş məşqçisi Tofiq Mustafayev eksperimental heyət buraxıb. Meydanda əsasən baxışda olan futbolçular və "İnter" UGFM-nin oyunçuları mübarizə aparıb.
Xatırladaq ki, növbəti yoxlama görüşündə "İnter" "Rəvan" klubunun əvəzediciləri ilə qarşılaşacaq. Bu matç yanvarın 20-də baş tutacaq.
