14 yanvar 2013 18:44
Rəvan növbəti transferini rəsmən açıqladı
Qış "transfer pəncərəsində” heyətini gücləndirməkdə olan "Rəvan” növbəti transferini həyata keçirib. Azerisport.az paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir ki, “aslanlar” Azərbaycan milli komandasının sabiq futbolçusu Nodar Məmmədovun keçidini rəsmən həll edib.
"Qəbələ”dən transfer edilən 24 yaşlı futbolçu ilə 1,5 illik müqavilə imzalanıb. Qeyd edək ki, mərkəz müdafiəçisi yaxın keçmişdə əsas millinin də şərəfini qoruyub. O, 4 oyunda milli formanı geyinib. Millinin U-17 və U-19 komandalarının da formasıni geyinmiş Nodar gənclərdən ibarət milli komandanın (U-21) kapitani da olub. Onun 2007-ci il sentyabrın 11-də U-21-lər arasında təşkil olunan Avropa Çempionatının Xorvatiya ilə səfər matçında 2 qol vurduğunu da əlavə edək.
