14 yanvar 2013 11:15

“Futbolu seçməsəydim yəqin ki, ticarətçi olardım”

“Kəpəz”in kapitanı Azər Məmmədov klub saytında “Tam sərbəst” adlı rubrikanın qonağı olub. Azerisport.az xəbər verir ki, təcrübəli oyunçu futboldan kənar sahələrdən danışıb, bizləri təəccübləndirməyi bacarıb.
 
Kino
Açığı, televizora elə də çox baxan deyiləm. Bu vaxtla bağlı deyil. Sadəcə olaraq, indiki filmlərin əvvəlinə baxanda axırını bilmək olur. Çoxu maraqsızdı. Amma maraqla baxdığım filmlər də var. “Axırıncı aşırım” belə kinolardandı. Nə vaxt versələr, oturub baxıram. Dəfələrlə baxmağa belə hazıram. Çünki o bədii filmdə kişi üçün böyük dərs var. Ona görə bu əsəri yüksək qiymətləndirirəm.
 
Avtomobil
Avtomobil həvəskarı deyiləm. Amma hamı kimi mən də yaxşı maşın sürmək istəyərəm. Bahalısı olmayananda da hec vaxt heyfislənməmişəm. Yaxşısını almışam, bir az sürüb satmışam da. Sürətli sürməklə də aram yoxdu. Avtomobil idarə edərkən qaydaları pozmamağa çalışıram. İlk avtomobilim Rusiya istehsalı olan “VAZ 2107” markalı olub. Onda 26 yaşım vardı. Sonra “VAZ 21 099” aldım. Tədricən digər ölkələrin istehsalı olan avtomobillərə keçdim. Bu mənada ilk olaraq “Volkswagen Golf5” markalı maşın aldım. Ardınca “İnfiniti” sürdüm. Hazırda sürdüyüm isə Almaniya istehsalı olan “Mercedes E 240” markalı avtomobildi.
 
Dəb
Sözün düzü, geyimdə rənglərə fikir vermirəm. Yəni bu mövsümün dəbdə üstünlük yaşıladırsa, hökmən yaşıl geyinməliyəm və ya göydürsə, göy. Yox, mən belə şeyləri ciddiyə almasam da, həmişə çalışıram ki, yaxşı və səliqəli geyinim. Səliqəli geyinməyi daha çox xoşlayıram. Bir söz var ki, deyirlər insanın ayaqqabısının təmizliyinə baxıb səliqəli olub-olmadığı haqda qərar verirlər. Çalışıram geyindiklərim təmiz olsun. Hərdən dükanlara girib, brend olan firmalardan mal alıram. Amma xoşuma gələn halda. Xoşuma gəlmirsə, nə olsun ki, brenddir? Ümumiyyətlə, nə olsa geyinirəm. Yaraşandan sonra nə geyinsəm, özümə uyğun olacaq.
 
Siyasət
Siyasətlə heç maraqlanmıram. Mənlik deyil. Çətin işə bənzəyir.
 
Peşə
Futbolu seçməsəydim yəqin ki, ticarətçi olardım. Bu peşə mənə daha yaxındır. Özümə iş-güc qurardım. İstərdim dükanım, restoranım və ya ofisim olsun. Sakitcə öz işimlə məşğul olardım. Sərbəst iş qrafiki seçərdim ki, mənə işə nə vaxt gəlib-getməklə bağlı göstəriş verən olmasın. Necə deyərlər öz əlim, öz başım olardı.
 
Uşaqlar
Həddindən artıq uşaqcanlıyam. Ən kədərli vaxtında belə uşaqlar insanın əhval-ruhiyyəsini müsbətə doğru dəyişə bilər. Tək öz övladlarımı deyil, bütün uşaqları sevirəm.Üç uşağım var. Hələ onlar məndən şikayət etməyiblər. Onlara heç vaxt əl qaldırmamışam. Bəziləri deyirlər ki, guya uşağı vurmaqla tərbiyələndirmək olar. Mən belə düşünmürəm və bununla razı deyiləm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.