14 yanvar 2013 11:57
Kəpəz bu gün hazırlıqlara start verəcək
“Kəpəz” klubu bu gün qış fasiləsindən qayıdır. Azerisport.az xəbər verir ki, Gəncə şəhər stadionunun ot örtüyünün pis vəziyyətdə olması ilə əlaqədar Gəncə təmsilçisi məşqlərə Bakıda start verəcək.
Klubun rəsmi saytında yer alan məlumata görə, ilkin mərhələdə hazırlıq “Dalğa Arena”da keçiriləcək.
