15 yanvar 2013 00:25
XL Antalyada növbəti məşqə çıxdı
“Xəzər Lənkəran” Antalyada növbəti məşqinə çıxıb. Azerisport.az xəbər verir ki, komanda isinmə hərəkətlərinə kvadrat və digər tapşırıqların yerinə yetirməsi ilə başlayıb.
Bu proses təxminən 20 dəqiqə davam edib. Daha sonra futbolçular iki komandaya bölünərək aralarında oyun keçiriblər.
Məşqin davamında futbolçular məşqçi köməkçisi Erik Roketanın cürbəcür çox mürəkkəb və fiziki baxımdan ağır tapşırıqlarını yerinə yetiriblər.
Eyni zamanda qapıçılarla iş üzrə çalışdırıcı Hafiz Əliyev gənc qolkiper Orxan Sadıqlını məşq etdirirdi. Daha sonra Hafiz Əliyev məşqçi köməkçisi Emin Quliyevlə birgə Orxanı top atəşinə tutaraq qapıçının kifayət qədər yüklənməsinə nail olub.
Saat yarım keçdikdə “Xəzər Lənkəran”ın axşam məşqi də sona çatıb.
