14 yanvar 2013 12:26
Simurq forvardından imtina etdi (FOTO)
"Simurq" Peşəkar Futbol Klubu Nenad Stoyanoviçlə yollarını ayırıb. Azerisport.az xəbər verir ki, bu barədə Zaqatala klubunun rəsmi saytı məlumat yayıb.
Futbolçu ilə qarşılıqlı razılıq əsasında müqavilə pozulub. Komanda rəhbərliyi “Simurq”un uğurları üçün mübarizə aparan və klubla yollarını ayıran serb hücumçuya təşəkkür edib. Ona gələcək karyeralarında uğurlar arzulayıb.
Qeyd edək ki, Nenad Stoyanoviç mövsümün əvvəlində transfer edilmişdi və geridə qalan 18 turda cəmi 638 dəqiqə meydanda mübarizə aparmışdı.
