14 yanvar 2013 12:58

“Azərbaycanda qorxulası heç nə yoxdu”

“Rəvan”ın qapıçısı Lukaş Sapela Polşa mətbuatına müsahibə verib. Azerisport.az həmin müsahibə ilə sizi də tanış edir.
 
- Öncə aldığınız zədə haqda danışardınız. Necə oldu, bu, baş verdi?
- Mən başımdan aldığım zədəni təzəcə sağaltmışdım. Üçüncü oyunumun 20-ci dəqiqəsində ayağımdan zədələndi. Qapıdan irəli çıxarkən rəqib futbolçu ilə toqquşdum. Ayağım ağrımağa başlasa da, əvəzlənməyimi istəmədim. Lakin yalnız fasiləyə kimi dözə bildim. Ayağım artıq məni eşitmirdi. Ağrılara rəğmən, mən növbəti oyunda da komandaya kömək etməyə qərar verdim. Ağrıların keçmədiyini görəndə isə klubun həkimləri müayinəyə qərar verdilər. Orda ayağımda sınıqlar olduğu üzə çıxdı. Özümü saxlaya bilməyib qapıya yumruqla zərbə də endirdim ki, həkimlər bundan yaman qorxdular. Daha sonra isə göz yaşlarımı saxlaya bilmədim.
 
- Yəni siz ayağınızın sındığını ilk gündən bilmirdiniz?
- Xeyr. Mən məşqlərdə iştirak edirdim. Düşünürdüm ki, hər şey tezliklə yoluna düşəcək.
 
- Sizin oyunlara cəmi 250 nəfər adam gəlir. Bu, faciəvi göstərici deyil?
- Elədi. Futbol azarkeşlər üçün oynanılır. Amma burda belə problemlər var. “Neftçi” bu mövsüm Avropa Liqasında çıxış edirdi. O vaxt onların oyunlarına 15-20 min adam gəlirdi. Elə yığmanın da oyunlarına maraq böyük olur. Çempionat oyunlarına isə maraq çox azdı. Lakin inanın ki, iki ildən sonra burda hər şey tam fərqli olacaq.
 
- Burda belə söhbətlər dolaşırdı ki, Sapela ilə Burhard (“Simurq”un polşalı forvardı) üçüncü dünyaya gedib...
- Üçüncü dünya? Bu nə deməkdi? Bakıda normal yaşamaq üçün hər şey var. Paytaxtda 2-4 milyon aralığında insan yaşayır.
 
- Amma yenə də futbola maraq yoxdu...
- Bu ölkədə milli idman növü güləş hesab olunur. Onlar bu idman növündə Olimpiadada iki qızıl medal qazandılar.
 
- Bu düzdü ki, Azərbaycanda daha çox süni örtüklü meydançalarda oynayırlar?
- Bəli, bizim də stadionumuz süni örtüklüdü. Əlbəttə, bu zədə almaq riskini artırır. Amma Bakının iqlimi ilə təbii ot örtüyünü il boyu normal qaydada saxlamaq çox çətindi.
 
- Maliyyə problemi yoxdu ki?
- Xeyr. “Rəvan” həmişə məvacibləri vaxtında ödəyir. David Petrkeviçin oynadığı “Simurq”da da hər şey qaydasındadı.
 
- Polşadakından daha yaxşı pul verirlər?
- Bizim klublarda böyük problemlər var. Ona görə də yayda mənə dəvət gələndə, Azərbaycan klubunu seçməyə qərar verdim.
 
- Azərbaycanda sizi daha nə təəccübləndirdi?
- Polşada biz oyundan sonra bir neçə bakal pivə içməyə adət etmişdik. Amma Azərbaycanda belə deyil. Yerli futbolçular əsasən çay içməyə üstünlük verirlər. Bəziləri qəlyan çəkməyə çalışır. Bəziləri isə məscidlərə gedirlər.
 
- Təhlükəsizlik necədi? Deyirlər bir dəfə xuliqanlar Berti Foqtsa hücum ediblər...
- Xeyr, belə şey olmayıb. Amma klub prezidentləri arenaya gələndə, təhlükəsizlik işləri gücləndirilir. Əvvəllər mən Azərbaycanı yaxşı tanımayanda bura yalnız təhlükəsizliyə görə getmək istəmirdim. Amma sonradan gördüm ki, qorxulası heç nə yoxdu.
 
- Azərbaycan futbolunun əsas problemi nədən ibarətdi?
- Mən Azərbaycan futbolunun Polşadakından geri qaldığına əmin deyiləm. Deyin görüm bu mövsüm Polşanı avrokubokların qrup mərhələsində hansısa komanda təmsil edirdi? Yox. Amma Azərbaycan “Neftçi”nin çıxışı ilə nəfəs alırdı. Daha iki il sonra bu ölkənin futbolu daha da güclənəcək. Sadəcə, burda çox emosional hakimlər var. Biz polşalı hakimlərdən narazı qala bilərik. Amma azərbaycanlılarla müqayisədə bizim hakimlər Çempionlar Liqasına layiqdilər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.