14 yanvar 2013 13:17
Eintracht Qarabağın futbolçusu ilə maraqlanır
Almaniyanın “Eintracht” klubu “Qarabağ”ın futbolçusu Ansi Aqolli ilə maraqlanır. Azerisport.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.
Lakin futbolçunun “Qarabağ”la müqaviləsinin olması bu keçidi əngəlləyir. Böyük ehtimalla almanlar bu transferi 2013-cü ilin yayında gerçəkləşdirəcəklər.
Maraq üçün bildirək ki, “Eintracht”ın Aqolliyə 220 min avro ödəməyə hazır olduğu bildirilir.
