15 yanvar 2013 01:24
İnterin Türkiyə toplanışına davam (FOTOREPORTAJ)
Türkiyədə təlim-məşq toplanışını davam etdirən “İnter” növbəti məşqlərini keçirib. Azerisport.az xəbər verir ki, komandanın səhərki hazırlığında futbolçular isinmə hərəkətlərindən sonra fiziki tapşırıqları yerinə yetiriblər.
Axşam məşqində isə "İnter"in oyunçuları daha çox topla çalışıblar. Topla hərəkətlər edən futbolçular daha sonra ikitərəfli oyun keçiriblər.
Məşqlər bu gün davam etdiriləcək. Hazırlıq planına əsasən komanda Türkiyədə altı yoldaşlıq matçında qüvvəsini sınayacaq. İlk matç ayın 17-də baş tutacaq.
