14 yanvar 2013 13:39
Nodar Məmmədov da Rəvana keçdi
“Qəbələ”dən ayrılan Nodar Məmmədov özünə yeni klub tapıb. Azerisport.az xəbər verir ki, millimizin sabiq futbolçusu bundan sonra “Rəvan”da çıxış edəcək.
Artıq tərəflər bununla bağlı razılığa gəliblər. “Rəvan” Məmmədovla ilyarımlıq müqavilə imzalayacaq.
Futbolçu özü də paytaxt klubuna keçidini təsdiqləyib: “Maddi baxımdan mən demək olar ki, iki dəfə az qazanacağam. Amma hazırda bu, məni o qədər də narahat etmir. Yəqin ki, oyunumla məvacibimi artıra bilərəm” (gülür).
