14 yanvar 2013 13:55
Torres Qarabağa keçidindən danışdı
“Qarabağ”ın 2012-cü ildə ilk transferi - Kristian Torres bu keçidlə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Ağdam klubunun rəsmi saytına müsahibəsində bunları dilə gətirib:
“Qarabağ” kimi iddialı komandaya gəldiyimə görə məmnunam. Azərbaycana ilk gəldiyim gündən “Qarabağ” göstərdiyi futbolla diqqətimi cəlb edib. Texnikalı oyuna üstünülk verən komanda mənim də oyun üslubuma uyğundu. “Qarabağ” daim iddialı olub. Bilirəm ki, “Qarabağ” çempionluğa oynayır. Çalışacam ki, yeni komandamın hədəfinə çatması üçün ən yaxşısını edim”.