14 yanvar 2013 14:12

Bakı da Antalyaya yollandı

Bu gün "Bakı" iki həftə ərzində təlim-məşq toplanışı keçəcəyi Antalyaya yollanıb. Azerisport.az xəbər verir ki, əməliyyat sonrası bərpa dövrü keçən kosta-rikalı hücumçu Uinston Parks və milli komandada olan Namiq Ələsgərov xaric olmaqla tam heyətlə toplanan məşqçi-futbolçu heyəti və personal səfər qəlyanaltısından sonra klubun təlim-məşq bazasından ayrılıblar.
 
Klub rəhbəliyinin yaxşı yol arzuları ilə səfərə çıxan komanda Heydər Əliyev adına hava limanına istiqamət alıb. U-19 Azərbaycan milli komandasının heyətində ölkəmizi Qranatkin turnirində təmsil edən Namiq Ələsgərov bu gün Sankt-Peterburqdan birbaşa Antalyaya gələrək, düşərgəyə qatılacaq. Toplanışa dvət alanlar arasında əvəzedici komandanın gənc üzvü Vüqar Bəybalayev də var.
 
Axşam saatlarında Antalyaya çatan və Bələkin "Rixos Premium" otelində məskunlaşacaq komanda sabah (15 yanvar 2013) təlim-məşq toplanışı çərçivısində ilk məşqinə çıxacaq. 14 gün davam edəcək (14-28 yanvar 2013) hazırlıq prosesi ərzində 3 yoldaşlıq oyununun keçirilməsi nəzərdə tutulur.
 
Komandanın həkimi Rafiq Hüseynovun verdiyi raporta əsasən, hərarəti yüksəl olan olan Əziz Quliyevdən başqa futbolçuların səhhəti ilə bağlı hər hansı bir narahatlıq yoxdu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.