14 yanvar 2013 14:45
Almaniyadan Azərbaycan millisinə növbəti dəvət
Almaniyanın “Bergisch Gladbach” klubunun hücumçusu Fatih Şanlı Azərbaycanın gənclərdən ibarət yığmasına dəvət olunub. Azerisport.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.
Qeyd edək ki, “Bergisch Gladbach” Almaniyanın gücünə görə beşinci liqasında çıxış edir. Komandanın baş məşqçisi Ditmar Şaxt da 20 yaşlı bu futbolçunun son dövrlərdə sərgilədiyi oyundan çox razıdı:
“O, cəmi yarım ildi bizimlədi və tədricən komandaya uyğunlaşır. Lakin hələ onu tərifləmək tezdi. Fatih göstərməlidi ki, uzun müddət sabit şəkildə yaxşı futbol sərgiləməyi bacarır”.
“O, cəmi yarım ildi bizimlədi və tədricən komandaya uyğunlaşır. Lakin hələ onu tərifləmək tezdi. Fatih göstərməlidi ki, uzun müddət sabit şəkildə yaxşı futbol sərgiləməyi bacarır”.
