14 yanvar 2013 15:14
Milliyet Orxan Əliyevin Trabzonspora mümkün keçidi haqda yazdı
Türkiyənin “Milliyet” qəzeti futbol üzrə Azərbaycanın U-19 yığmasının və “Sumqayıt”ın hücumçusu Orxan Əliyevin “Trabzonspor”a mümkün keçidindən yazıb. Azerisport.az xəbər verir ki, türkiyəli həmkarlarımız bu xəbəri Azərbaycan mətbuatına istinadən yayıb.
Türklər Əliyevin bir müddət Trabzon klubunda baxışda olacağını, özünü göstərəcəyi halda klubla müqavilə imzalayacağını bildiriblər. Onlar Orxanın “Trabzonspor”a keçəcəyi halda burda legioner sayılmayacağını da xüsusi vurğulayıblar.
Qeyd edək ki, Orxan Əliyev Türkiyəyə gələn həftə yollanacaq və bir həftə bu komandanın düşərgəsində olacaq.
