14 yanvar 2013 15:43
Gürcüstan klubu Turanla sınaq matçından imtina etdi
Xəbər verdiyimiz kimi, “Turan” yanvarın 15-də Gürcüstanın “Sioni” klubu ilə yoxlama oyunu keçirməyi planlaşdırırdı. Azerisport.az xəbər verir ki, sözügedən görüş baş tutmayacaq.
Buna səbəb Gürcüstan klubunun Azərbaycana səfər etməkdən imtinasıdı. Bu üzdən Tovyz klubu da öz planlarında dəyişklik etməli olub.
“Turan” bu oyunun əvəzində ayın 16-da başqa bir klubla sınaq matçı keçirməyi planlaşdırır. Amma rəqibin kim olacağı hələ bəlli deyil.
Qeyd edək ki, “Turan” yanvarın 22-dən sonra hazırlığın ikinci mərhələsinə start verməyi planlaşdırıb. Həmin hazırlıq prosesi ya Gürcüstanda, ya da Bakıda baş tutacaq.
