14 yanvar 2013 16:00

Sialmas: Karyeramı bu komandada başa vurmaq istəyirəm

“Xəzər Lənkəran”ın hücumçusu Dmitrios Sialmas Yunanıstan mətbuatına müsahibəsində Azərbaycan futbolundan, ölkəmizdəki yaşayışından danışıb, digər sualları cavablandırıb. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.
 
- Azərbaycan futbolu sizdə necə təəssürat yaratdı?
- Azarkeşlərin stadionlara gəlməsi baxımından çətinliklər var. Oyunlara çox az azarkeş gəlir. Yalnız mənim komandamın və daha iki klubun oyunlarına 5 mindən artıq azarkeş toplaşır. Çempionatın ilk hissəsi başa çatdıqdan sonra komandalar altılıqlara bölünürlər. Yalnız ilk altı komandanın uğur qazanmaq şansı qalacaq. Burda üç-dörd klub var ki, çox yaxşı maliyyə dayaqları mövcuddu və stadionları da bizimkilərindən yaxşıdı. Azərbaycanda futbolçulardan nəticə tələb olunur. Hətta zədəli futbolçunu da oynamağa məcbur edirlər. Bu, onları narahat etmir. Mən əvvəllər oynamırdım. İlk oyunumda isə baş məşqçi az qala məni dayaq yarımmüdafiəçisi mövqeyində oynatmağa başladı. Lakin mən epizodların birində məsuliyyəti üzərimə götürüb qapıya zərbə endirməyə qərar verdim və xoşbəxtlikdən zərbəm dəqiq oldu. Artıq yeni ispaniyalı məşqçimiz var. O, öz işini yaxşı bilir. Hələlik ingilis dilində danışsaq da, bir-birimizi daha yaxşı başa düşmək üçün rus dilini öyrənməyə çalışırıq.
 
- Azərbaycana getmək haqda qərar vermək asan oldu?
- Əgər AEK-də qalmağımı istəmirdilərsə, daha nə edə bilərdim? Belə olacağını heç vaxt düşünməzdim. Amma oldu. Başqa variantım da yox idi. Azərbaycana gələndən sonra isə burda nələrin baş verdiyini daha yaxından gördüm. Bu ölkənin futbolu sürətlə inkişaf edir.
 
- AEK-ə qayıtmağı arzulayırsız?
- Çətin sualdı. Mən belə cavab verərdim: Əgər Yunanıstana qayıtsam, yalnız AEK-də çıxış edəcəm. Çünki karyeramı bu komandada başa vurmaq istəyirəm.
 
- Azərbaycanda oynamaqla yığmaya yolunuzun tam bağlanacağından qorxmursuz ki?
- Bizdə Azərbaycan çempionatını izləmək çətindi. Mən bunu başa düşürəm. Amma bundan sonrakı oyunlarımızda daha 5-10 qol vurmağa ümid edirəm. Fikrimcə, bu, pis nəticə sayılmaz.
 
- Azərbaycanda sizi daha çox nə cəlb edir?
- Varlılar da var, çoxlu kasıblar da. Sanki orta təbəqə yoxdu. Onlar Bakını ikinci Dubay etmək istəyirlər. Orda qadınlara stadiona getmək qadağandı. Müsəlman ölkəsi olduğuna görə orda oynamaq çətindi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.