14 yanvar 2013 16:22
Xəzər Lənkəran Antalyada ilk məşqə çıxdı
Anataliyada keçirilən qış toplanışı çərçivəsində “Xəzər Lənkəran” bu gün ilk məşqini keçirib. Azerisport.az xəbər verir ki, bir saat davam edən məşq komandanın məskunlaşdığı “Ela Quality Resort” otelinin təzə istifadəyə verdiyi meydançasında baş tutdu.
Ənənəvi yüngül qaçışdan və isinmə hərəkətlərindən sonra futbolçular toplu çalışmalara keçiblər. Zədədən sonra qayıdan Dimitrios Sialmas və Eder Bonfim digər komanda yoldaşlarından fərqli olaraq fərdi bərpa proqramı üzrə məşq keçiblər.
