15 yanvar 2013 16:59
Rauf Mehdiyev: Karyeramı başa vurmağı düşünürəm
“Neftçi”nin sabiq qapıçısı Rauf Mehdiyev karyerasını başa vura bilər. Azerisport.az saytına müsahibəsində bunu təcrübəli qolkiper özü bəyan edib:
“Neftçi”dən gedəndən sonra hələ də özümə klub tapa bilməmişəm. Mənimlə birinci divizion klublarından maraqlananlar var idi. Amma onlardan imtina etdim. Premyer Liqa klublarından isə maraqlanan yoxdu. İndi hətta birinci divizion klublarının da təkliflərinə baxmağın əleyhinə deyiləm. Əgər özümə komanda tapa bilməsəm, karyeramı başa vurmağı düşünürəm”.