15 yanvar 2013 17:37
Cavid Hüseynov: Ehtiyatda oturmaq istəmirəm
Futbol üzrə Azərbaycan yığmasının və Türkiyənin “Adana Demirspor” klubunun yarımmüdafiəçisi Cavid Hüseynov komandasındakı durumunu dəyərləndirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Biz artıq Türkiyə çempionatının ikinci dövrəsinin hazırlıqlarını tamamlamışıq. Demək olar ki, bütün yoxlama oyunlarında ilk dəqiqələrdən meydanda olurdum. Yanvarın 20-də bizi “Boluspor”la oyun gözləyir. Ümid edirəm ki, bu oyunda da ilk dəqiqələrdən meydanda olacam. Elə mövsümün qalan bütün oyunlarında da. Birinci dövrədəki kimi ehtiyatda oturmaq istəmirəm”.