15 yanvar 2013 18:03

Yunis Hüseynov: Yaşı 25-dən yuxarı olan futbolçuları perspektivli adlandırmaq düz deyil

“Karvan” və “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Yunis Hüseynovun azerisport.az saytına müsahibəsi
 
- Biz həmişə azərbaycanlı futbolçuların yerli klublarda çox pul qazandığı üçün inkişaf etməkdə, xaricə üz tutmaqda maraqlı olmadığını deyirik. Sizcə, bu, belədi?
- Futbolçular həmişə məşqçilərdən çox qazanırlar. Amma mən başqalarının pulunu hesablamağı xoşlamıram. Hər halda onları da qiymətləndirmək lazımdı. Çünki futbolçuların iş ömrü qısa olur.
 
- Cavid İmamverdiyevin Kiyev “Dinamo”suna keçəcəyi barədə xəbərlərə inanırsız?
- Cavid vaxtilə rəhbərliyim altında “Karvan”da da oynayıb. Onda çox gənc idi. Onu ölkənin ən yaxşı futbolçularından hesab edirəm. Amma “Dinamo”da çıxış etməsi üçün bu futbolçuya 3-4 qat əlavə çalışmaq lazımdı. Axı orda rəqabət tam fərqlidi. Adətən legioner futbolçudan da daha artığı tələb olunur. Caviddə bir müsbət xüsusiyyət var ki, o, heç nədən qorxmur. Hər halda İmamverdiyevin parlaq gələcəyinin olduğuna inanıram.
 
- Ruslan Abışovun da Rusiya “Rubin”inə keçidi gündəmdədi...
- “Rubin” Ruslanı həqiqətən almaq istəyirdi. Bunu hələ “Xəzər Lənkəran”da çalışdığım dövrdən bilirəm. Onun oyunu kazanlıların xoşuna gəlirdi. Ruslan hazırda yüksəlişdədi. Amma o, bilməlidi ki, “Rubin”in heyətində milyon dollarlıq futbolçular çıxış edirlər. Abışov onlarla rəqabət aparmağı bacarmalıdı.
 
- Orxan Əliyevin “Trabzonspor”dan təklif almasına münasibətiniz necədi?
- Mən onun oyununu görməmişəm. Biz hamımız istəyirik ki, azərbaycanlı futbolçular Türkiyə çempionatı kimi güclü birinciliklərdə çıxış etsinlər. Mənə elə gəlir ki, “Trabzonspor” da geniş oyunçu seçiminə malik komandalardandı və Əliyev orda əsas heyətə düşməyi bacarmaz. Onu yəqin ki, əvəzedici komandaya cəlb edərlər.

- Sizcə, Rusiya və Türkiyə çempionatlarında hansı futbolçularımız çıxış edə bilərlər?
- Ad çəkmək istəmirəm. Amma bir şeyi demək istəyirəm ki, artıq yaşı 25-i keçmiş futbolçuları perspektivli adlandırmaq düz deyil. Futbolçu artıq 23-24 yaşında xaricə getməlidi. Çoxları deyir ki, “mən xaricə getmək istəyirəm”. Jurnalist də soruşur ki, “bəs niyə getmirsiz”? Təklif yoxdu, ona görə. Futbolçularımızın çoxuna təklif olmadığına görə, burda qalırlar. Futbolçularımızdan heç biri “Dinamo” və ya “Rubin” kimi komandaların əsas heyətində özünə yer təmin edə bilməz. Buna layiq olmaq lazımdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.